Advertisment

Kiyevdə Baş Kəşfiyyat İdarəsinin zabitlərinə atəş açan şəxsin kimliyi məlum olub

Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının zabiti Aleksandr Bova Kiyevdəki münaqişə zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabitlərinə atəş açıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fedor Venislavski bildirib.

Onun sözlərinə görə, Bova həmçinin, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında ilk danışıqların iştirakçısı olan kəşfiyyat agenti Denis Kireevin qətlində şübhəli bilinir.

Qeyd edək ki, sentyabrın 2-də Kiyevin Dnepr rayonunda Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabitləri arasında atışma olub. İnsident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Agentliklərin rəsmiləri əvvəlcə hadisəni "birgə əməliyyat" kimi qələmə verməyə çalışıblar, lakin xəbər geniş yayılıb.

Bəxtiyar CƏFƏRLİ