Advertisment

İki ölkə dəniz altından dəmir yol xətti çəkir

İspaniya və Mərakeş Cəbəllütarik boğazının altından dəmir yol xətti çəkməyi planlaşdırır.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, Avropa ilə Afrika arasında birbaşa dəmiryol əlaqəsini təmin edəcək xəttin uzunluğunun 42 kilometr olması nəzərdə tutulur.
Qeyd edək ki, bu layihə ilə bağlı təşəbbüslər çoxdan irəli sürülsə də, əməli addımlara son vaxtlar başlanılıb. Layihə üzrə işlər sürətləndirilib.

İspaniya dəniz dibinin quruluşunu araşdırmaq və marşrutun həyata keçirilməsinin mümkünlüyünü müəyyənləşdirmək məqsədilə yeni texniki tədqiqatlara vəsait ayırıb.

Plana əsasən dərmiyol xəttinin 27.7 kilmetri dənizin altında olacaq. Ancaq layihə üzrə işlər o qədər də rahat getmir. Mühəndisləri çətinə salan Cəbəllütarik boğazının mürəkkəb geoloji quruluşudur. Dəniz dibindəki boş və dayanıqsız təbəqələr, eləcə də bölgədəki faylar səbəbindən ətraflı tədqiqatlar aparılır. Tunelin tamamlanması ilə İspaniyadan Mərakeşə sərnişin və yük qatarlarının bərəyə ehtiyac olmadan hərəkət etməsi mümkün olacaq. Bununla da Avropa ilə Afrika arasında fasiləsiz dəmir yolu dəhlizinin yaradılması hədəflənir.

Herbiand.az