Çerniqov bölgəsindəki Qonçarovski təlim poliqonunda səfərbər olunmuş ukraynalılar arasında ölənlərin sayı artmaqdadır. Bunlar Ukrayna Silahlı Qüvvələrinin hücum bölmələrində xidmət etməkdən imtina edən hərbçilərdir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanları RİA Novosti agentliyinə bildirib.
Agentliyin həmsöhbətinin məlumatına görə, ölənlərin 225-ci və 425-ci hücum alayına göndərilməsi planlaşdırılırdı. Lakin səfərbər olunmuş şəxsi heyətin bəziləri bu seçimdən imtina edib. Bundan sonra hərbçilər komandirlərinin təzyiqi ilə üzləşiblər: "Və komandirlər sadəcə onlara işgəncə veriblər və xəstəlik səbəbindən ordudan tərxis ediblər".
Bəxtiyar CƏFƏRLİ