Advertisment

Səkkiz ayda külək elektrik stansiyalarından istehsal 22 dəfəyə yaxın artıb

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 17 milyard 887,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Dövlət Statistika Komitəsindən Herbiand.az-a bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 17 milyard 376,5 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 1,9 faiz azdır.

Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 21,8 dəfə artaraq 726,7 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 9,4 faiz artaraq 446,2 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 10,7 faiz artaraq 2 milyard 498,9 milyon kilovat-saat təşkil edib.