Advertisment

Bir gecədə ölkə səmasında 640-dan çox PUA vurulub

Rusiyanın Hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində ölkənin müxtəlif regionları üzərində 641 Ukrayna PUA-sını vurub. Hebriand.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Həştərxan, Belqorod, Bryansk, Vladimir, Voronej, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan, Smolensk, Tambov, Tver, Tula və Yaroslavl vilayətləri, həmçinin Krasnodar diyarı, Moskva regionu və Krım üzərində vurulub.

Bundan başqa, bir neçə PUA Azov, Xəzər və Qara dənizlər üzərində məhv edilib.

Bundan əvvəl PUA hücumu nəticəsində Yaroslavl vilayətində neft emalı zavodunda yanğın baş verdiyi barədə məlumat yayılmışdı.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, gecə saatlarında region üzərində 50-dən çox PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

E.Cəfərli

Hebriand.az