Advertisment

“Rosoboronexport” Afrika ölkələri ilə texnoloji əməkdaşlığı genişləndirir

Afrika Rusiya hərbi-texniki əməkdaşlığının genişləndirilməsi üçün əsas sahədir. “Rosoboronexport” artıq quru qoşunları, donanma, aviasiya və hava hücumundan müdafiə sistemləri üçün istehsalın saxlanılması, təmiri və lokallaşdırılması ilə bağlı 20-dən çox layihə üzərində işləyir. Bu proqramların bəziləri hazırda davam edir, digərləri isə istifadəyə hazırlaşır.

Herbiand.az bildirir ki, “Rosoboronexport”-un baş direktoru Aleksandr Mixeyev şirkətin Pretoriyada keçiriləcək Africa Aerospace and Defence 2026 sərgisinin açılışından əvvəlki planlarını açıqlayıb.

O, Afrika qitəsini hərbi-texniki əməkdaşlıq üçün ən perspektivli qlobal bazarlardan biri kimi qiymətləndirib: “Rusiya Afrika ölkələrinə müasir silahlar təklif edir və eyni zamanda texnoloji əməkdaşlığı genişləndirir. Bu layihələrə tərəfdaş ölkələrin istehsal imkanlarının inkişaf etdirilməsi və sənaye bazalarının modernləşdirilməsi daxildir. Əməkdaşlıq həmçinin, müdafiə imkanlarının gücləndirilməsinə və müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizəyə yönəlib”.

Sərginin işgüzar proqramı zamanı şirkət nümayəndələri Afrika ölkələrinin silahlı qüvvələrinin müxtəlif qollarından və təhlükəsizlik qurumlarından nümayəndə heyətləri ilə danışıqlar aparmaq niyyətindədirlər.

Bəxtiyar CƏFƏRLİ