Rusiya getdikcə daha çox Ukrayna sərnişin qatarlarına reaktiv dronlarla hücum edir və ölkə iqtisadiyyatı, hərbi logistika və insanların hərəkəti üçün vacib olan dəmir yolu şəbəkəsini təhdid edir.
Herbiand.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Qeyd olunub ki, 2022-ci ildə tammiqyaslı işğalın başlanğıcından bəri ruslar 500-dən çox lokomotivə zərər verib və ya məhv ediblər. Bunların 60%-dən çoxu son 8 ay ərzində vurulub. Hazırda "Ukrzaliznitsa" ayda 37 ilə 40 arasında lokomotiv itirir.
Nəşr vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi qatarlara hücumlarını gizlətmir və bu hücumları xarici silahların daşınması üçün istifadə edilən Ukrayna logistikasını məhv etmək strategiyasının bir hissəsi adlandırır.
Bəxtiyar CƏFƏRLİ