Advertisment

ABŞ Eritreyaya ordusuna qarşı sanksiyanı ləğv edib

ABŞ 2021-ci ildə Eritreyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmamaq qərarına gəlib. Sanksiyalar Efiopiya ilə sərhəddə yerləşən və Qırmızı dənizə çıxışı olan Eritreyanın ordusuna qarşı yönəlmişdi.

Herbiand.az xəbər verir ki, ABŞ 2021-ci ilin sonunda Eritreyada hakim partiyaya və ölkənin silahlı qüvvələrinə qarşı sanksiyalar tətbiq etmişdi.

Eritreya hərbçiləri Efiopiyanın şimalındakı Tiqray bölgəsində 2020-2022-ci illərdə davam edən münaqişə zamanı insan hüquqlarının pozulmasında ittiham olunurdu.

Sanksiyalar hər il “milli fövqəladə vəziyyət” rejiminin müddətinin uzadılması çərçivəsində yenilənirdi. Lakin ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, sözügedən fövqəladə vəziyyət rejiminin qüvvədə olma müddəti başa çatıb. Bununla da Eritreyaya qarşı tətbiq olunan sanksiyalar faktiki olaraq aradan qalxıb.