Advertisment

Bu ölkə Rusiya ilə sərhədə hasar çəkir

Finlandiya Rusiya ilə sərhədinə hasar çəkir. Herbiand.az xəbər verir ki, sərhədin təxminən 15 faizi hasarlanacaq. Ölkənin Xarici İşlər Nazirliyinin siyasi direktoru Petri Hakkarainen “Fox News” telekanalına müsahibəsində bildirib ki, bütün sərhədi hasarlamaq niyyətində deyillər.

“Biz 1300 kilometr uzunluğunda bütün sərhəd boyunca hasar çəkmirik. İşlər başa çatdıqdan sonra hasar quru sərhədinin təxminən 15 faizini əhatə edəcək. Əsasən sərhəd-keçid məntəqələrinə yaxın ərazilər hasarlanacaq”-deyə, o, bildirib.

XİN rəsmisi deyib ki, bu ehtiyat tədbiri sərhədçilərə vəziyyəti daha yaxşı izləməyə kömək edəcək. Eyni zamanda gələcəkdə sərhəd-keçid məntəqələri yenidən açıldıqda gözlənilməz hadisələrin qarşısını almaq imkanı verəcək.

E.Cəfərli

Herbiand.az