Advertisment

Husilər ilk dəfə Ər-Riyada raket zərbəsi endirib, hava limanında yanacaq çənində yanğın olub

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanında Kral Xalid hava limanını hədəfə alıb.

Herbiand.az “Geo News”-a istinadən xəbər verir ki, Kral Xalid hava limanı yaxınlığında yanğın baş verib.

 

Yanğınsöndürənlər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən yanacaq çənində baş vermiş yanğını söndürüblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanı üzərində qara tüstü sütunu müşahidə olunub.

 

Beləliklə, husilər ilk dəfə Ər-Riyada raket zərbəsi endirib.

 

Qeyd edək ki, Yəməndəki husilərə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Maliki “X” sosial şəbəkəsində paylaşımında şənbə günü səhər saatlarında husilərin Ər-Riyad şəhərinə doğru buraxdığı ballistik raketin məhv edildiyini bildirib.