ABŞ Hərbi Dəniz Qüvvələri Boeing şirkəti ilə MQ-25A “Stingray” daşıyıcı əsaslı hava yanacaqdoldurma dronlarının ilk partiyası üçün 562 milyon dollarlıq müqavilə bağlayıb.
Herbiand.az bildirir ki, müqavilə üç MQ-25A aparatının hazırlanmasını, eləcə də ikinci partiyada daha üç aparat üçün uzunmüddətli komponentlərin əvvəlcədən alınmasını maliyyələşdirir.
Pilotsuz sistemlərin çatdırılmasına 2029-cu ildə başlanacağı gözlənilir.
“Stingray” dünyanın ilk daşıyıcı əsaslı hava yanacaqdoldurma dronudur.
ABŞ Hərbi Dəniz Qüvvələri ilk üç partiyada bu dronlardan 11 ədəd almaq niyyətindədir. Ümumilikfə, bu cür pilotsuz tankerlərin donanmasının 72 ədədə çatdırılası planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ