Advertisment

“Polad qanadlar” havada: türk qırıcıları təlimə başladı

Türkiyə hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri Kipr yaxınlığında beynəlxalq hava məkanında təlim uçuşları həyata keçirib. Herbiand.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin sosial media hesabında yayılan açıqlamada bildirilir ki, təlimlərdə məqsəd döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.

“Aralıq dənizi bölgəsində ölkəmizin mənafelərinin qorunması, əməliyyat imkanlarının inkişaf etdirilməsi və birliklərimizin hazırlıq səviyyəsinin ən yüksək səviyyədə saxlanılması məqsədilə fəaliyyətimiz davam edir.

Hərbi hava qüvvələri komandanlığının müxtəlif bazalarından havaya qalxan döyüş və dəstək təyyarələrinin iştirakı ilə Kipr adasının cənubunda və Aralıq dənizinin beynəlxalq hava məkanında genişmiqyaslı təlim uçuşu uğurla həyata keçirilib”-məlumatda bildirilir.

E.Cəfərli

Herbiand.az