Advertisment

Lockheed Martin şirkəti Patriot sisteminin yeni versiyasını təqdim edib

Amerikanın Lockheed Martin korporasiyası ən güclü Patriot sistemindən də daha güclü olan yeni bir raket əleyhinə kompleks təqdim edib.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi xəbər verib.

PAC-3 Edge adlanan yeni raket əleyhinə sistem ordunun Future Interceptor proqramının bir hissəsidir.

Bu, Ukrayna və Yaxın Şərqdəki döyüş əməliyyatlarında raket zərbələrindən qorunmaq üçün geniş istifadə olunan Patriot Advanced Capability-3 Missile Segment Enhancement və ya PAC-3 MSE sisteminin təkmilləşdirilmiş versiyasıdır.

Təkmilləşdirilmiş tutucu qurğunun sınaqlarına 2027-ci ildə, yerləşdirilməsinə isə 2031-ci ildə başlanacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ