Volodimir Zelenski Donald Trampın Ukraynada prezidentin dəyişdirilməsi ilə bağlı sərt tələbinə cavab verib. Herbiand.az xəbər verir ki, bu barədə “Politika Stranı” telegram kanalı məlumat yayıb.
“Əgər Tramp Ukraynada lideri dəyişmək istəyirsə, bilməlidir ki, lideri yalnız xalqımız dəyişə bilər”-deyə, Ukrayna rəhbəri deyib.
O qeyd edib ki, Ukraynada prezident seçkilərinin keçirilməsinə hazırdır. Lakin seçkilərin hazırlanması və təşkili üçün azı 60 günlük atəşkəs tələb olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə döyüş əməliyyatlarında 60 günlük fasilə verilməsi variantını istisna edib. O, bunu Zelenskinin vaxt qazanmaq istəyi ilə əlaqələndirib.
Aydın