Advertisment

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT-nin mərkəzində dayandığı çoxtərəfli əməkdaşlıq şəbəkələrinin gücləndirilməsində AQEM-in rolu və töhfəsi indi əvvəlkindən daha vacibdir.

Herbiand.az xəbər verir ki, bunu Mərkəzi Asiya üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi Kaha İmnadze Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, AQEM-in regionunda əməkdaşlığın genişləndirilməsində bağlantılar mühüm əhəmiyyət daşıdığını deyib:

"Bağlantılar yalnız infrastrukturdan ibarət deyil. Nəqliyyat dəhlizləri, dəmir yolu marşrutları, enerji əlaqələri və rəqəmsal şəbəkələr iqtisadi inteqrasiya ilə yanaşı, açıqlıq və qarşılıqlı fayda prinsipləri əsasında dialoq və daha yaxşı anlaşma üçün də platforma rolunu oynaya bilər".

İmnadze BMT-nin AQEM ilə uzunmüddətli əlaqələri olduğunu qeyd edib:

"Bu kontekstdə BMT-nin Mərkəzi Asiya üzrə Regional Preventiv Diplomatiya Mərkəzi və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşəbbüsü olan, Mərkəzi Asiya üçün terrorizmə dair erkən xəbərdarlıq şəbəkəsi COMTA çərçivəsində AQEM Katibliyi və üzv dövlətlərlə sıx əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm".