Advertisment

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın gənc gimnastlardan ibarət kişi komandası Finlandiyada keçirilən “TeamGym“ üzrə Avropa çempionatında finala vəsiqə qazanıb.

Gimnastika Federasiyasından Herbiand.az-a bildirilib ki, təmsilçimiz təsnifat mərhələsində 39,025 xal toplamaqla həlledici mərhələyə yüksəlib.

Ötən gün start götürən yarışa oktyabrın 17-də yekun vurulacaq.