Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Artan” xüsusi təyinatlı bölməsi bir neçə ay ərzində sərhəd zonasında Rusiyanın 2300-dən çox hədəfini məhv edib.
Herbiand.az xəbər verir ki, bu barədə bölmənin komandiri, hərbi kəşfiyyat polkovniki Viktor Torkotyuk bildirib.
O, qeyd edib ki, əsas diqqət işğalçıları təmin edən yanacaq infrastrukturuna yönəlib: “Ukrayna kəşfiyyat bölmələri həmçinin, sursat anbarları, zirehli texnika və artilleriya qurğuları da daxil olmaqla digər vacib hədəfləri də vurublar”.
Bölmədən vurğulanıb ki, yanacaq olmadan Rusiya qoşunları daha həssas hala gəlir: “Buna görə də, logistika və yanacaq təchizatı obyektlərinə zərbələr bölmənin əsas missiyalarından biridir. Bu, işğalçıların aktiv döyüş əməliyyatlarını davam etdirmək qabiliyyətinə birbaşa təsir göstərir”.
Bəxtiyar CƏFƏRLİ