2022-ci ilin əvvəlindən 2026-cı ilin avqust ayına qədər Ukrayna silahlı qüvvələrin saxlanmasına 11,037 trilyon qrivna və ya təxminən 246 milyard dollar ayırıb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin büdcə hesabatında qeyd olunub.
Vəsaitlər silah və hərbi texnikanın alınmasına, hərbçilərin maaşlarına, təchizatın təmin edilməsinə və infrastrukturun saxlanmasına xərclənib. Lakin bu hesablamalar yalnız dövlət xəzinəsinin birbaşa xərclərini əhatə edir. Qərb tərəfdaşlarından yardım kimi alınan silahların dəyəri bu məbləğə daxil deyil.
Ukrayna 2026-cı ilin sonuna qədər ordunun ehtiyacları üçün təxminən 43,2 milyard dollara bərabər olan əlavə 1,94 trilyon qrivna ayırmaq niyyətindədir. Beləliklə, büdcəyə maliyyə yükü artmaqda davam edəcək.
2027-ci il üçün isə daha böyük ayırmalar planlaşdırılır. Büdcə layihəsinə görə, Ukrayna Silahlı Qüvvələrinin saxlanması 108,3 milyard dollara başa gələcək.
Bəxtiyar CƏFƏRLİ