İordaniyanın cənubunda yerləşən Kərak əyalətində kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.
Herbiand.az xəbər verir ki, bu barədə İordaniyanın səhiyyə naziri İbrahim əl-Bədura məlumat yayıb.
Nazirin sözlərinə görə, yaralılardan daha iki nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 9-a yüksəlib. Daha 25 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.
Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.