Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub.
Son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı qəbul edib. Görüş "İmişli"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" oyunu da bu günə təsadüf edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Hazırda "Sabah" 20 xalla lider, "Qarabağ" isə 18 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib.
25 oktyabr (bazar)
18:00. “Sabah” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan, “Dalğa Arena”
15:00. “İmişli” – “Şamaxı” - 2:1
Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90-pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
Turun digər nəticələri
“Neftçi” - “Turan Tovuz” - 1:1
“Şəfa” - “Kəpəz” - 1:2
“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2
“Zirə” - “Sumqayıt” - 3:2

Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Aleksey Kaşuk ("Qarabağ") - 4 qol
qol.az