Advertisment

ABŞ ordusu məzar qazmağı məşq edir

ABŞ hərbi qulluqçuları xüsusi təlimlər zamanı genişmiqyaslı silahlı münaqişələr halında müvəqqəti dəfn yerləri yaratmağı təcrübədən keçirir.

Herbiand.az bildirir ki, bu barədə Defense News portalı məlumat verib.

Nəşrdə qeyd edilib ki, təlimin əsas məqsədlərindən biri birbaşa döyüşdə həlak olan onlarla hərbçinin dəfn edilməsi üçün tələb olunan vaxtı müəyyən etməkdir. Xüsusi diqqət mərhumların sonradan şəxsiyyətinin müəyyən edilməsinə və qalıqlarının ailələrinə qaytarılmasına imkan verəcək tələblərin yerinə yetirilməsinə yönəldilir.

Təlim ABŞ-ın Şimali Karolina ştatında keçirilir. Tədbirlərdə hərbi mühəndislər, tibb işçiləri və Pentaqonun digər mütəxəssisləri iştirak edir. Dəfn yerlərinin hazırlanması üçün buldozerlər də daxil olmaqla xüsusi avadanlıqlardan istifadə olunur.

Portal vurğulayıb ki, Amerika ordusuna 20 əsgərin qalıqlarını yerləşdirmək üçün kifayət qədər böyük bir xəndək qazmağa orta hesabla 1 saat 15 dəqiqə vaxt gedir.

Bəxtiyar CƏFƏRLİ