Advertisment

Amerika rəsmiləri ABŞ-ın artıq İranla döyüşə bilməyəcəyini etiraf edirlər - KİV

Pentaqonun yüksək vəzifəli rəsmiləri ABŞ müdafiə naziri Pit Heqsetə xəbərdarlıq ediblər: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın davam etdirilməsi qeyri-mümkün hesab edilib və ABŞ-ın müdafiəsi də daxil olmaqla ölkənin digər təhdidlərə cavab vermək qabiliyyətini təhlükə altına qoyur.

Herbiand.az bildirir ki, bu barədə “The Washington Post” qəzeti xəbər verir.

Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları komandanlığı, eləcə də digər bölgələrdə Amerika qüvvələrinə komandanlıq edən generallar Heqsetə göndərilən “Müdafiə Büdcəsi Təlimatı” adlı gizli memorandum hazırlayıblar. Orada resursların tükəndiyi və yerləşdirmə müddətinin uzadılmasına etiraz etdiklərini bildiriblər.

Məsələ bundadır ki, Pentaqon gəmiləri, təyyarələri və personalı dünyanın digər ərazilərindən Yaxın Şərqə köçürmək məcburiyyətində qalıb. Bu, təkcə dünyada təlimləri pozmaqla yanaşı, həm də əsas sursat çatışmazlığına səbəb olub.

Pentaqon sözçüsü Şon Parnell məxfi sənədin sızmasını “cinayət” və “xəyanət” adlandırıb. O, mediada yayılan məlumatları təkzib edib və ABŞ-ın qlobal hərbi hazırlığının yüksək olaraq qaldığını bildirib.

Bəxtiyar CƏFƏRLİ