Ukraynada ərazi işə qəbul mərkəzlərinin (hərbi komissarlığın Ukrayna variantı - red.) işçiləri çağırışçıların ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması üçün qanunsuz sxemlər təşkil ediblər.
Herbiand.az bildirir ki, bu barədə "Abzas" nəşri Ukrayna İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinetsə istinadən məlumat yayıb.
Ombudsmanın sözlərinə görə, hərbi komissarlıqlar qanunsuz sərhəd keçid xidmətləri təklif edir. Onlar 50.000 ilə 70.000 dollar arasında sərhəd bölgələrindən hərbi xidmətdən yayınanları götürür və rəsmi nəqliyyat vasitələrindən istifadə edərək xaricə aparırlar.
Lubinets qeyd edib ki, bu təcrübə ən çox Zakarpatye bölgəsində geniş yayılıb. Ukrayna ombudsmanı bu cür sxemlərin çiçəklənməsini dövlətin səfərbərlik siyasətinin uğursuzluğu ilə əlaqələndirib.
Bəxtiyar CƏFƏRLİ