Advertisment

Dəmiryol sistemində yenilik: yeni komfortlu vaqonlar gəlir

Türkiyənin dəmir yolu nəqliyyatı daha bir uğura imza atıb. Beləki sınaq prosesini uğurla keçən elektrikli sürət qatarı sürəti saatda 250 kilometrə çatdırıb. Bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Herbiand.az xəbər verir ki, nazir qatarın təhlükəsiz, müasir və rahat şəkildə istismara verilməsi üçün sınaq və yoxlama işlərinin diqqətlə həyata keçirildiyini vurğulayıb.

Nazirin sözlərinə görə, 577 sərnişin tutumuna malik, alüminium gövdəli 8 vaqondan ibarət qatar dəstləri müasir avadanlıqlarla: avtomatik qatar dayandırma sistemi, elektromexaniki sərnişin giriş qapıları, tam avtomatik iqlimləndirmə, yanğın xəbərdarlığı, səsli və vizual sərnişin məlumatlandırma, eləcə də kamera sistemləri ilə təchiz edilib.

Məlumat verilib ki, qatarlara sərnişinlərin qida və içki ehtiyaclarını asanlıqla qarşılaya biləcək avtomatlar və mətbəx bölmələri yerləşdirilib.

Vaqonlarda əlilliyi olan vətəndaşlar üçün xidmətlər təşkil olunub. Onlar iki sərnişin bölməsi, həmçinin onların əlil arabaları ilə platformadan qatara və qatardan platformaya keçidini təmin edən liftlər nəzərdə tutulub.

 

Herbiand.az