Polşanın sabiq baş naziri Mateuş Moravetskiy ikinci dünya müharibəsində ölkəsinə vurulmuş külli miqdarda ziyana görə almanların cavab verməli olduğunu bəyan edib.
“Mən bilirəm ki, Nyu-Yorkda yəhudi hüquq şirkətləri fəaliyyət göstərir. Onların köməyindən istifadə edərək almanların boğazından yapışa, onların imicini yerlə bir edə bilərik”-deyə, Mateuş Moravetskiy bildirib.
Herbiand.az-ın məlumatına görə, keçmiş baş nazir deyib ki, bu yolla Almaniyanı təzminat ödəməyə məcbur etmək olar.
Qeyd edək ki, beynəlxalq hüquqda təcavüzkar və ya müharibəyə başlayan dövlət törətdiyi dağıntılara, vurduğu zərərə və digər qanunsuz hərəkətlərə görə zərərçəkən tərəfə təzminat ödəməlidir.
Varşava Almaniyadan ikinci dünya müharibəsində faşistlərin hərbi təcavüzündən əziyyət çəkən hər bir vətəndaş ildə 2.3 min avro təzminat tələb edir.