Advertisment

Məşhur idmançıdan xəbər var-silah şirkətində işə başladı

2024-cü il Paris Olimpiadasında təmkinli davranışı və usta performansı ilə məşhurlaşan türkiyəli idmançı Yusuf Dikeçin yeni iş yeri bəlli olub. Herbiand.az xəbər verir ki, Y.Dikeç müdafiə sənayesində çalışacaq. İdmançı qazandığı böyük təcrübəsini silah texnologiyalarına həsr edəcək.  Məlumata görə, Yusuf Dikeçin yerli silah istehsalçısı olan "Derya Arms" şirkəti ilə strateji tərəfdaşlıq müqaviləsi bağlayıb.

O, şirkətdə məsləhətçi vəzifəsini icra edəcək. Dikeç yerli mühəndislərin hazırladığı yeni nəsil yarış və müdafiə silahlarının dizayn proseslərində iştirak edəcək.

“Yerli imkanlarla istehsal olunan avadanlıqların beynəlxalq yarışlarda Türkiyəni təmsil etməsi bizim üçün böyük qürur mənbəyi olacaq”-deyə, Yusuf Dikeç açıqlamasında bildirib.

Qeyd edək ki, Yusuf Dikeç Ankaradakı Qazi Universitetini bitirib. Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alıb. O, Türkiyə Jandarma İdarəsinin kiçik zabit heyətinin istefada olan əməkdaşı və “Jandarma Gücü” idman klubunun üzvüdür.

Dikeç tapançadan atəş açma üzrə Türkiyə milli komandasının heyətində mübarizə aparıb. O, komanda yoldaşı Şevval İlayda Tarhanla birlikdə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə qarışıq komanda yarışında finala yüksəlib.

Türkiyə cütlüyü həlledici qarşılaşmada Serbiya komandasına məğlub olaraq gümüş medal qazanıb.

E.Cəfərli

Herbiand.az