Macarıstan Rusiya qazından imtina yolunu seçməsinin səbəbi açıqlanıb. Herbiand.az xəbər verir ki, rusiyalı iqtisadçı Aleksey Zubets bu barədə açıqlama verib.
“Orban hakimiyyətdə olarkən Avropa İttifaqı Macarıstana kifayət qədər böyük məbləğin – bir neçə on milyard dolların ayrılmasını bloklayıb. Kiçik və kasıb ölkə olan Macarıstan üçün bu, çox böyük vəsaitdir. Hazırda Rusiya qazından imtina müqabilində Macarıstan dondurulmuş fondlara çıxış əldə etmək istəyir”-deyə, o, bildirib.
Ekspert hesab edir ki, Macarıstanın özü Rusiya enerji resurslarından imtina etməkdə maraqlı deyil. “Lakin ümumi tendensiya var: gəlin, Rusiya qazından imtina edək”,-deyə, analitik izah edib.
Zubets onu da xatırladıb ki, 2025-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı adından ABŞ-dan müəyyən həcmdə mayeləşdirilmiş təbii qaz alınması ilə bağlı öhdəlik götürüb.
E.Cəfərli