Advertisment

Bərdə sakininin Ağdamda kəhriz quyusundan meyiti tapılıb

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib.

Herbiand.az xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.

İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.

Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır.