Advertisment

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Qazaxıstanın Akmola vilayətində istehsal olunan mərcimək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun infrastrukturundan istifadə edilməklə Hindistana göndərilib.

Herbiand.az “Qazaxıstan Temir Jolı” Milli Şirkətinə istinadla xəbər verir ki, daşınmanı şirkətin törəmə müəssisəsi “KTZ Express” təşkil edib.

İlk mərhələdə yük dəmir yolu ilə Akkol stansiyasından Aktau limanına çatdırılıb. Daha sonra konteynerlər Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına daşınıb. Azərbaycan ərazisindən yük dəmir yolu ilə Gürcüstanın Poti limanına, oradan isə dəniz nəqliyyatı ilə Hindistanın Mundra limanına göndərilib.

Qazaxıstan mərcimək ixracına görə dünyada 6-cı yeri tutur. 2025-ci ildə ölkədə dənli-paxlalı bitkilərin məhsulu əvvəlki illə müqayisədə 56 faiz artaraq rekord həddə - bir milyon tona çatıb.