Rusiya Dövlət Dumasının IX çağırışının ilk plenar iclasının keçiriləcəyi tarix açıqlanıb. Herbiand.az xəbər verir ki, toplantı sentyabrın 30-da baş tutacaq.
Bu barədə Dumada təmsil olunan “Vahid Rusiya” fraksiyasındakı mənbə RİA Novostiyə bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Dövlət Dumasına seçkilərin yekun nəticələri sentyabrın 25-dən tez açıqlanmayacaq.
Parlamentin Say Komissiyası sədrinin birinci müavini Andrey Kuznetsov isə deyib ki, seçilmiş deputatlar seçkilərin nəticələrinin elan olunması ilə ilk iclas arasında deputat vəsiqələri və döş nişanlarını alacaqlar.
E.Cəfərli