Fransa Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin dekabrından Azərbaycanda saxlanılan Fransa vətəndaşı Martin Ryanın əfv olunması ilə bağlı qərarını yüksək qiymətləndirib.
Herbiand.az bildirir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“Fransa 2023-cü ilin dekabrından Azərbaycanda həbsdə saxlanılan vətəndaşımız Martin Rianın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını rahatlıq hissi ilə qarşılayır. Fransa bu humanitar jesti yüksək qiymətləndirir”, - deyə bəyanatda bildirilib.
Nazirlik qeyd edib ki, sözügedən qərar Azərbaycan hakimiyyəti ilə aparılan dialoqun nəticəsində qəbul olunub və Fransa bu dialoqu davam etdirmək niyyətindədir.
Açıqlamada vurğulanıb ki, bu dialoq “münasibətlərin normallaşması istiqamətində bir addım”dır.
Fransa, həmçinin bu müsbət nəticənin əldə olunması üçün Parisdə və Bakıda çalışan komandalara təşəkkür edib.