Advertisment

Türkiyə ilə İraq arasında razılaşma-PKK bu bölgədən çıxarılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın baş naziri Əli Zeydi Nyu-Yorkda bir araya gəliblər.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə və İraq rəsmiləri iki ölkə arasında strateji əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

İraq hökuməti rəsmi nümayəndəsinin görüşlə bağlı yaydığı açıqlamada bildirilir ki, görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub.

Açıqlamada həmçinin qeyd olunur ki, Türkiyə və İraq Şincar bölgəsində dövlət hakimiyyətinin tam təmin edilməsi və qanunsuz xarici silahlı qüvvələrin bölgədəki fəaliyyətinə son qoyulması barədə razılığa gəliblər.

E.Cəfərli

Herbiand.az