Türkiyənin Cümhuriyyət Xalq Partiyasından istefalar davam edir.
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın CHP-dən istefa verməsindən sonra Ankara üzrə 8 rayonun bələdiyyə sədri də partiyadan ayrıldığını bildirib.
Herbiand.az xəbər verir ki, son olaraq Nallıhan Bələdiyyəsinin sədri Ertunç Güngör da istefa qərarını açıqlayıb.
“Siyasi karyeram boyu qəbul etdiyim bütün qərarlarda həmyerlilərim qarşısında məsuliyyətimi və ölkəmə xidmət etməyi əsas tutmuşam. əqidədaşlarım və iş yoldaşlarımla apardığımız məsləhətləşmələrdən sonra Cümhuriyyət Xalq Partiyası üzvlüyündən istefa verirəm verdim”-deyə, Ertunç Güngör bildirib.
Nallıhan bələdiyyəsində vəzifəsini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Mənsur Yavaşdan sonra Beypazarı bələdiyyəsinin sədri Özer Kasap, Kalecik bələdiyyəsinin sədri Satılmış Karakoç və Güdül bələdiyyəsinin başqanı Mehmet Doğanay CXP-dən istefa veriblər.
E.Cəfərli