Fransa Prezidenti Emmanuel Makron etirazlar və iğtişaşlar fonunda Parisi tənqid edən xarici siyasətçiləri və dövlət başçılarını qınayıb.
Herbiand.az xəbər verir ki, Makron bu barədə Qətərə səfəri zamanı jurnalistlərə bildirib.
Onun fikrimcə, baş verən hadisələrə xarici müdaxilə olmayıb: “Bunun əvəzinə, xaricdən gələn məlumatları manipulyasiya etmək cəhdi olub ki, bu da şübhəsiz, bir çoxlarının, o cümlədən xarici liderlərin qəbuledilməz və eyni zamanda axmaq şərhlərinə səbəb olub”.
Makron Fransanın "miqrantlar və islamçılar dəstəsi tərəfindən ələ keçirildiyi" iddialarını təkzib edib. O, həmçinin etirazları internetdə təsvir edən süni intellekt görüntülərinin yayılmasına da toxunub.
O, xarici siyasətçilərin "Fransanın hesabına" siyasi kampaniyalarını irəli aparmaq üçün saxtalaşdırılmış məlumatlardan istifadə etmələrinə qəzəbləndiyini bildirib: "İndi ölkəmiz haqqında pis danışanların hamısı ölkəmizi sevməyən insanlardır. Bu insanlar məni qıcıqlandırır. Mən siyasətçilərin regionda və ya Atlantik okeanının o tayında kampaniya apardıqlarını görürəm və bəzən sadəlövhlükdən süni intellektin yaratdığı şeyləri təkrarlayır və ya müəyyən dairələrin açıq şəkildə çatdırmaq istədiyi şeyləri yayırlar ki, bu da bizi guya Fransada baş verənlərə inandırır. Bu bizə lazım deyil, onsuz da kifayət qədər problemlərimiz var, ona görə də cəfəngiyat danışmaq lazım deyil".
Bəxtiyar CƏFƏRLİ