Advertisment

54 yaşlı kişi güllələnib

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Herbiand.az bildirir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. / APA /