Advertisment

Hücuma məruz qalan rus gəmisində dəhşətli mənzərə

Rusiyanın Novorossiysk limanı yaxınlığında hücuma məruz qaldığı bildirilən yük gəmisinin görüntülıəri yayılıb.

Herbiand.az xəbər verir ki, Şilədə sahilə çıxan gəmidə ağır dağıntı və yanğın izləri müşahidə edilib. 

Rusiyaya məxsus 108 metr uzunluğundakı “OMSKİY-107” gəmisi indiyədək yalnız kənardan və havadan görüntülənib. 

Görüntülərdən aydın olur ki, kapitan kabinəsi tamamilə yanıb,  idarəetmə paneli dağılıb, şüşələr sınıb. Bir sıra avadanlıqlar yüksək temperatur nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Bəzi hissələrdə isə böyük dəliklər açılıb. Metal konstruksiyalar parçalanıb. 

Hebriand.az