Advertisment

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov AKMS” markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.