Bakıda keçirilmiş COP29-un nəticələri Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunu davam etdirməsinə imkan yaradıb.
Herbiand.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakının Şərqi Avropa üzrə növbəti iqlim tədbirlərinə ev sahibliyi etməsi COP29-un əsas miraslarından biridir.
Y.Rəfiyev qeyd edib ki, bu təşəbbüslər yalnız dövlətləri deyil, özəl sektor, qeyri-hökumət təşkilatları və akademik dairələrin nümayəndələrini də bir araya gətirir:
“Onların ümumi iqlim danışıqları və müzakirələr aparması növbəti COP-un nəticələrinə təsir edən əsas amillərdən biridir”.
Teleqraf