Qadınlardan ibadət Türkiyə voleybol komandası Avropa çempionu olub. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, türk yığması Avropa Çempionatı-2026-nın finalında İtaliya seçməsinə qalib gəlib.
Ay-ulduzlular 3-2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra çempionluq kürsüsündə Türkiyənin milli bayrağı dalğalanıb. Türkiyə vətəndaşlığı olan voleybolçu Sinead Jack-Kısal dövlət himnini göz yaşları içində oxuması və türkcə dediyi “çox xoşbəxtəm, bu gün Türkiyə çempiondur” sözləri azarkeşləri mütəəssir edib.
Qeyd edək ki, Trinidad və Tobaqo əsilli idmançı 2019-cu ildə türkiyəli voleybolçu Murathan Kısalla evlənərək Türkiyə vətəndaşlığı alıb və 2022-ci ildən Türkiyə millisinin heyətində çıxış edir.
Hebriand.az