Advertisment

“Aeroflot” 2032-ci ilin sonuna qədər 108 təyyarə alacaq

“Aeroflot” qrupu (“Rossiya” və “Pobeda” aviaşirkətləri də daxildir) 2032-ci ilin sonuna kimi orta məsafəli dar gövdəli 108 ədəd yeni MS-21 sərnişin təyyarəsi almalıdır.

Herbiand.az xəbər verir ki, bu barədə “Aeroflot”un baş direktoru Sergey Aleksandrovski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ilk 8 təyyarənin 2027-ci ilin dördüncü rübündə, növbəti 10 təyyarənin isə 2028-ci ildə təhvil verilməsi planlaşdırılır: “Son tarixlər müəyyən edilib və biz diqqətimizi onlara yönəldirik. İkinci müqavilə çərçivəsində 90 MS-21 təyyarəsi üçün lizinq və texniki xidməti üçün bütün şərtlər razılaşdırılıb. Cədvəl də təsdiq edilib. Təchizatlar 2029-cu ildə başlayacaq. Bütün sifariş edilmiş təyyarələr 2032-ci ilin sonuna qədər daşıyıcıya çatmalıdır”.

Aleksandrovski əlavə edib ki, MC-21-də işləmək üçün pilotların, stüardessaların və mühəndislərin hazırlığı tədarüklər başlamazdan əvvəl başlayacaq: “Pilotlar artıq “ən yaxşıların ən yaxşıları” arasından seçilib”.

MS-21 211 sərnişin daşıya biləcək. 175 nəfərlik iki sinifli konfiqurasiyada uçuş məsafəsi 3830 km olacaq.

Bəxtiyar CƏFƏRLİ