Rusiya Silahlı Qüvvələrinin “Şimal”, “Cənub” və “Qərb” bölmələri bir gündə Ukrayna qoşunlarının 119 yerüstü robot sistemini məhv edib.
Herbiand.az bildirir ki, bu barədə həmin bölmələrin nümayəndələri məlumat verib.
“Cənub” qoşun qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev bildirib ki, 48 PUA-nın idarəetmə məntəqəsi, 70 yerüstü robot kompleksi, 104 rabitə antenası və PUA, maddi-texniki təchizat olan 6 anbar vurulub: “Qruplaşma qüvvələri 102 təyyarə tipli dron və 126 ağır kopter vurub”.
“Şimal” qrupunun mətbuat mərkəzinin zabiti Andrey Şerşnev qeyd edib ki, onun qrupu Ukrayna Silahlı Qüvvələrinin 10 yerüstü robot kompleksini məhv edib: “Həmçinin, 38 PUA-nın idarəetmə postu, 166 təyyarə tipli dron və R18 tipli 36 ağır döyüş pilotsuz təyyarəsi zərərsizləşdirilib”.
“Qərb” qrupunun mətbuat mərkəzinin rəhbəri Leonid Şarov isə bildirib ki, pilotsuz təyyarələr üçün 51 idarəetmə məntəqəsi, 4 peyk rabitə stansiyası və 39 yerüstü robot sistemi açılaraq məhv edilib: “Bundan əlavə, 4 HIMARS mərmisi, 104 təyyarə tipli dron və 78 ağır döyüş heksakopteri də vurulub”.
Bəxtiyar CƏFƏRLİ