Advertisment

Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır

Rusiya Ukrayna ilə bağlı yeni danışıqlar raunduna hazırdır.

Herbiand.az  xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın “deyəcək sözü var”.

Lavrov deyib ki, Moskva Ukrayna ilə bağlı mövqeyini heç vaxt dəyişməyib.

“Xüsusi Hərbi Əməliyyat”ın tapşırıqları eyni olaraq qalır. Eyni zamanda, Rusiya öz mövqeyi çərçivəsində kompromislər axtarmağa hazırdır”, - Rusiya XİN başçısı vurğulayıb.

O, Rusiyanın danışıqlar zamanı hərbi əməliyyatları dayandırmayacağını qeyd edib.

Lavrov Kiyevin münaqişədə dönüş nöqtəsi axtarmağa başladığı iddialarını isə cəfəngiyyat adlandırıb.