Advertisment

Litva Prezidenti: Ukrayna üçün dron istehsal edək

Litva Prezidenti Qitanas Nausėda Ukraynaya illik maliyyə yardımının bir hissəsini Litvanın özündə dron istehsalının qurulması üçün istifadə edilməsini təklif edib.

Herbiand.az xəbər verir ki, bu barədə Delfi portalı bildirib.

Təşəbbüsə əsasən, dronlar Ukrayna texnologiyasından istifadə edilməklə Litva müəssisələrində yığılacaq. Bundan sonra hazır məhsullar yardım olaraq Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.

Nauseda qeyd edib ki, bu model Ukraynanın müdafiə sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və istehsal xərclərinin azaldılmasına imkan verəcək: "Biz Ukraynaya əhəmiyyətli yardım göstəririk - ildə ÜDM-in 0,25%-dən çoxu və ya 230 milyon avrodan çox. Bu məbləğin əhəmiyyətli bir hissəsini xüsusi olaraq Ukrayna üçün dron istehsalı üçün istifadə edə bilərik".

Buna baxmayaraq, Litva prezidenti Ukrayna ilə ikitərəfli müqavilələrin hazırkı icra tempini tənqid edib.

Bəxtiyar CƏFƏRLİ