Advertisment

Yəmən ordusu bu ərazidə husilərin hücumunu dəf edib

Yəmən hökumətinə sadiq birliklər ölkənin cənub-qərbindəki Marib əyalətində “Ənsar Allah” qüvvələrinin hücum cəhdinin qarşısını alıb.

Herbiand.az bildirir ki, bu barədə Əl-Hədath kanalı xəbər verib.

Məlumata görə, qoşunlar Marib şəhərinin cənub və qərbində üç istiqamətdə təşkil edilən husilərin iri hücumunu dəf edib.

Bundan əlavə, Lahc və Taiz əyalətlərinin sərhədində, Bab-əl-Məndəb boğazına bitişik Kəhbub silsiləsi ərazisində toqquşmaların olduğu barədə məlumat var. Döyüşlər zamanı hücum edənlər xeyli itki verib.

Bəxtiyar CƏFƏRLİ