Advertisment

Yuliya Jdanova: Rusiya buna razı olmayacaq"

Rusiya davamlı sülh axtaracaq və Ukrayna Silahlı Qüvvələri üçün yeni möhlətlərə razı olmayacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Vyanada hərbi təhlükəsizlik və silah nəzarəti üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib.

"Ayrıca, bu gün çıxış edən və Ukraynadakı vəziyyətlə bağlı müzakirələrdə fəal iştirak etməyə davam edəcək Qərb nümayəndə heyətləri üçün vurğulamaq istərdik ki, Rusiya davamlı sülhə nail  olmaq üçün səylərini davam etdirəcək və Ukrayna Silahlı Qüvvələrinə əlavə vaxt qazandırılmasına razı olmayacaq", - Jdanova ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun iclasında bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin cəbhədə mütərəqqi irəliləməsi fonunda "yerdəki" yeni reallıqları nəzərə almaq lazımdır.

Bəxtiyar CƏFƏRLİ