Advertisment

Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib

Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.

“Belta”nın xəbərinə görə, mübadilə Ukrayna-Belarus sərhədində baş tutub.

Mübadilə çərçivəsində Rusiya 252 hərbçinin, Ukrayna isə 23 hərbçinin meyitini təhvil verib.