Rusiya donanmasının “Ufa” dizel-elektrik sualtı qayığı planlaşdırılmış təlim zamanı Yapon dənizindən dəniz və sahil hədəflərinə “Kalibr-PL” qanadlı raketlər atıb. Sualtı qayıq döyüş təlimindən əvvəl təyin olunmuş əraziyə gizli keçid edib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Birinci raket suüstü hədəfi - düşmənin səth döyüş gəmisini simulyasiya edən dəniz qalxanını uğurla vurub. Atəş məsafəsi təxminən 130 km məsafədə olub” - Müdafiə Nazirliyi bildirib.
İkinci raket təxmini vaxtda Xabarovsk diyarındakı Syurkum taktiki sahəsində sahil hədəf mövqeyini vurub. Ona qədər olan məsafə 1000 km-i keçib.
Nazirlik qeyd edib ki, raketin buraxıldığı ərazidə mülki gəmiçiliyin təhlükəsizliyi Sakit okean donanmasının gəmiləri, qayıqları, təyyarələri və pilotsuz uçuş aparatları tərəfindən təmin edilib.
Bəxtiyar CƏFƏRLİ