Advertisment

Rusiya dizel yanacağı ilə yüklənmiş dördüncü tankeri sabah ABŞ-a yola salacaq

Rusiya dizel yanacağı ilə yüklənmiş dördüncü tankeri sabah ABŞ-a yola salacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, dördüncü dizel tankeri 28 oktyabrda ixrac üçün yola düşəcək.

Novak bildirib ki, ABŞ demokratlarının Rusiya ilə dizel yanacağı sövdələşməsi ilə bağlı mövqeyi onu təəccübləndirib, çünki onlar vətəndaşlarının maraqlarına uyğun hərəkət etmirlər.

Qeyd edək ki, ABŞ-da Rusiya ilə dizel sövdələşməsinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi Konqresə təqdim olunub. "Axios"un məlumatına görə, Konqres nümayəndələri Rusiyadan dizel yanacağı tədarükü ilə bağlı sövdələşmələrdən çıxmalarını tələb edərək biznesi təhdid edirlər.