ABŞ Hərbi Dəniz Qüvvələrinin mühəndislik sistemləri komandanlığı (NAVFAC) Newport News Shipbuilding və Norfolk şəhərlərinin şimalında yerləşən Yorktown hərbi-dəniz bazasında yeni kompleks üçün tələbləri açıqlayıb.
Herbiand.az bildirir ki, obyekt “Zumwalt” sinifli esminetslərə və “Virginia” sinifli nüvə sualtı qayıqlarına (Blok V və Blok VI) yerləşdiriləcək Conventional Prompt Strike (CPS) hipersəs raketlərinə xidmət göstərmək üçün nəzərdə tutulub.
Tələblər möhkəmləndirmə və qoruma ehtiyacını vurğulayır. Təməllər, divarlar, döşəmələr, damlar, giriş və yükləmə platformaları dəmir-betondan hazırlanmalıdır. Bura torpaqlama sistemləri, ildırımdan qorunma və qrunt örtüyü də daxildir.
Bəxtiyar CƏFƏRLİ