Dünyaca məşhur britaniyalı teleaparıcı Henri Koulda ağrı xəstəliyə mübtəla olub. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı jurnalistdə xərçəng xəstəliyi aşkarlanıb.
Özünün “İnstaqram” profilində yayımladığı videoda Koul “Mədəmdə kiçik ölçülü xərçəng şişi aşkarlanıb”-deyə, bildirib.
Konkret diaqnozunu açıqlamayan aparıc nikbindir: “Həkimlərin proqnozuna əsasən, xəstəliyim 2027-ci ildə tam sağalacaq”.
Teleaparıcı qarşıdakı müalicə ilə əlaqədar bəzi çıxışlarını təxirə salacağını bildirib və buna görə izləyicilərindən üzr istəyib.